Ərik, nektarin, gilas, tut... Artıq yaz mövsümünə uyğun meyvələr bazar və mağaza piştaxtalarını bəzəməyə başlayıb. Meyvələrin yalnız görünüşü deyil, qiymətləri də bir-birindən fərqlənir.
Ölçüsü daha iri olan meyvələr daha yüksək qiymətə satılır, nisbətən kiçik və fərqli ölçüdə olan məhsullar isə daha ucuz təklif edilir.
BUTA.TV Xəzər TV-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, bu il meyvələrin qiyməti əvvəlki illərlə müqayisədə daha yüksəkdir. Onlar bunu havaların qeyri-sabit keçməsi və məhsuldarlığın azalması ilə əlaqələndirirlər.
Alıcıların isə qiymətlərlə bağlı fikirləri müxtəlifdir. Bəziləri qiymətlərin yüksək olduğunu desə də, digərləri mövsümün əvvəlində bu halın normal olduğunu düşünür.
Satıcılar yaxın həftələrdə bazarda məhsul bolluğunun artacağını, bunun da qiymətlərə təsir edərək daha münasib səviyyəyə enməsinə səbəb olacağını bildirirlər.
- Bakı-Şamaxı yolunun bir hissəsi çökdü - Video
- İlham Əliyev həmkarını Şuşada qarşıladı - Fotolar
- “Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar”
- 11 yaşlı oğlan çayda boğulub öldü
- “Hamı onun dəhşətli qumarbaz olduğunu bilirdi, gəlin, onu lənətləyək”
- Müharibə nə vaxt bitəcək? - Trampdan cavab
- Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar
- İrana qarşı yeni hücum dalğası başa çatdı - Yenilənib