“Qarabağ” klubunun rəhbərliyi ötən gecə məşqçilər heyəti və komanda üzvləri ilə görüş keçirib.
“BUTA.TV” xəbər verir ki, görüşdə əsasən komandanın bu mövsüm Çempionlar Liqasındakı uğurları müzakirə olunub. Maraqlıdır ki, ÇL-dəki uğurlarda böyük əməyi olan, intizamsızlığına görə Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən Elvin Cəfərquliyev görüşə dəvət olunmayıb.
Bu isə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Azarkeşlərin əksəriyyəti komandanın qitənin ən nüfuzlu turnirinin ən yaxşılarından olan E.Cəfərquliyevin tədbirə dəvət almamasından narazılıq edib.
25 yaşlı müdafiəçinin yekun tədbirə çağırılmaması onu göstərir ki, “Qarabağ”la futbolçu arasındakı bütün iplər qırılıb. Qurban Qurbanov Elvini artıq sərəncamında görmək istəmir. Əslində, buna nümunə kimi Cəfərquliyevin əsas komandanın oyunlarında stadiona gəlməməsini də göstərmək olar. Q.Qurbanov futbolçunu görmək belə istəmir.
Xəbəri rus dilində oxuyun: Разрыв неизбежен? Джафаргулиева не пригласили на клубную встречу
Böyük ehtimalla Elvin yayda satılacaq.
Qurban Qurbanovun mətbuat konfransında “Elvin Cəfərquliyevin geri qaytarılmaq ehtimalı var?” sualına verdiyi cavab da azarkeşlərdə ümidsizlik yaratmışdı. Sanki baş məşqçi ondan danışmaq niyyətində belə deyil: “Hələ necə var elədir. Gələn il üçün hazırlıq planını tam tutmamışam”.

- Bakı-Şamaxı yolunun bir hissəsi çökdü - Video
- İlham Əliyev həmkarını Şuşada qarşıladı - Fotolar
- “Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar”
- 11 yaşlı oğlan çayda boğulub öldü
- “Hamı onun dəhşətli qumarbaz olduğunu bilirdi, gəlin, onu lənətləyək”
- Müharibə nə vaxt bitəcək? - Trampdan cavab
- Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar
- İrana qarşı yeni hücum dalğası başa çatdı - Yenilənib