Baku TV Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ölkədəki yeganə əqrəb ferması ilə bağlı reportaj hazırlayıb.
BUTA.TV xəbər verir ki, burada əqrəblər xüsusi üsullarla yetişdirilir, zəhərləri isə laboratoriya şəraitində toplanaraq satışa çıxarılır.
Fermanın işçilərindən Bayram Babayev bildirib ki, hər 15-17 gündən bir sağma aparılır və zəhər əldə edilir.
"Onların qidası un qurdudur, onu da biz özümüz yetişdiririk. Temperatur 26 dərəcə olmalıdır, yay-qış fərq etmir. Əqrəblər qaranlıqda qalmağı sevir və onlar Naxçıvan ərazisindən toplanıb", - deyə o bildirib.
Qeyd edək ki, əqrəblər əsasən zəhər məqsədilə yetişdirilir və bu maddə tibb və kosmetologiyada son dərəcə qiymətli xammal hesab olunur. Əqrəb zəhəri güclü ağrıkəsici, antibiotik və xərçəng əleyhinə xüsusiyyətlərə malikdir. Məlumatlara görə, bir litr əqrəb zəhərinin bazar qiyməti təxminən 10 milyon dollardır.
- “Hamı onun dəhşətli qumarbaz olduğunu bilirdi, gəlin, onu lənətləyək”
- Müharibə nə vaxt bitəcək? - Trampdan cavab
- Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar
- İrana qarşı yeni hücum dalğası başa çatdı - Yenilənib
- Bakı-Şamaxı yolu çökdü - Video
- “Mənə verdiyi suala görə vəzifəsindən azad edilib” - Qusmanı misal çəkdi+Video
- Ukraynanın Baş naziri istefa verdi
- “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz - Qərar