ABŞ-ın Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək.
BUTA.TV xəbər verir ki, buna səbəb amerikalıların Anım Gününü (Memorial Day) qeyd etməsidir.
"Hər il amerikalılar Anım Günündə (Memorial Day) ABŞ Silahlı Qüvvələrində xidmət keçərkən həyatını qurban vermiş qəhrəman qadın və kişiləri ehtiramla yad edirlər. Amerika müstəqilliyinin 250 illiyini qeyd etdiyi bir dövrdə biz azadlıq, sülh və bizi birləşdirən dəyərlər uğrunda canından keçən insanları minnətdarlıqla xatırlayırıq. Onların fədakarlığı heç vaxt unudulmayacaq. Nəzərinizə çatdırırıq ki, ABŞ səfirliyi bayram münasibətilə mayın 25-i, bazar ertəsi günü bağlı olacaq", - səfirliyin paylaşımında vurğulanıb.
Xatırladaq ki, Anım Günü (Memorial Day) ABŞ-də hərbi xidmət zamanı həyatını itirən kişilərin və qadınların xatirəsinə həsr edilmiş və may ayının son bazar ertəsi günü keçirilən Amerika bayramıdır. Bir çox amerikalılar Anım Günündə qəbiristanlıqları və abidələri ziyarət edir, ailələri ilə birgə toplaşaraq paradlarda iştirak etməklə qeyd edirlər. ABŞ şəhərləri hər il tez-tez hərbi heyətin və veteran təşkilatlarının birgə iştirakı ilə Anım Gününün şərəfinə paradlar keçirirlər.
- ABŞ İrana yenidən hücuma başladı
- Bakı-Şamaxı yolu çökdü - Video
- “Mənə verdiyi suala görə vəzifəsindən azad edilib” - Qusmanı misal çəkdi+Video
- Ukraynanın Baş naziri istefa verdi
- “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz - Qərar
- “Atasına deyir ki, meyitini gətirin, əlimi sürtüm” - Gözdən əlil ananın fəryadı+Video
- TikTok Azərbaycanda 600 minə yaxın videonu sildi
- AQTA-dan bu məhsullarla bağlı çağırış