Pandemiyadan sonra ilk dəfə Bakı–Tbilisi istiqamətində sərnişin qatarı fəaliyyətə başlayır.
“BUTA.TV” xəbər verir ki, ilk reys bu gün saat 23:10-da Bakı Dəmiryol Vağzalından yola düşəcək.
Qatarın səhər saatlarında Tbilisiyə çatması nəzərdə tutulur.
İlk reysin sərnişinlərindən biri də elə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinin sabiq sədri Cavid Qurbanovdur.
Azərbaycan Dəmir Yollarından (ADY) bildirilib ki, reyslər İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan müasir yataq tipli vaqonlarla həyata keçiriləcək.
Qatarlarda restoran bölməsi və müxtəlif komfort sinifləri mövcuddur. İlkin hərəkət cədvəlinə əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da çıxacaq və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən Bakıya isə saat 21:00-da yola düşərək səhər saatlarında paytaxta çatacaq.
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq veriləcək.
Xatırlaq ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişindaşıma COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər səbəbindən 2020-ci ildə dayandırılmışdı. Altı illik fasilədən sonra reysin bərpası həm sərnişinlər, həm də turizm sektoru tərəfindən sevinclə qarşılanır.
***
6 il sonra ilk dəfə Bakı–Tbilisi sərnişin qatarı yola düşdü.
Sail Ağasəlim
Fotolar: Xəyal Vəlizadə
















- ABŞ İrana yenidən hücuma başladı
- Bakı-Şamaxı yolu çökdü - Video
- “Mənə verdiyi suala görə vəzifəsindən azad edilib” - Qusmanı misal çəkdi+Video
- Ukraynanın Baş naziri istefa verdi
- “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz - Qərar
- “Atasına deyir ki, meyitini gətirin, əlimi sürtüm” - Gözdən əlil ananın fəryadı+Video
- TikTok Azərbaycanda 600 minə yaxın videonu sildi
- AQTA-dan bu məhsullarla bağlı çağırış