Ukrayna ordusunun Rusiya hərbçilərinin şəhərlərə atdığı ballistik raketləri vurmaq üçün istifadə etdiyi “Patriot” hava hücumundan müdafiə sistemlərinin demək olar ki, tükəndiyi bildirilir.
BUTA.TV xəbər verir ki, bu barədə almaniyalı hərbi müxbir Paul Ronzhaymer danışıb.
O qeyd edib ki, son günlər atılan ballistik raketlərin demək olar ki, hamısı hədəfə çatıb. Nəticədə Kiyev və ölkənin digər şəhərlərində onlarla insan həlak olub.
Ronzhaymer əlavə edib ki, bu vəziyyət insanlar üçün dəhşətli olsa da, eyni zamanda Rusiya Prezidenti Vladimir Putinin çıxılmaz vəziyyətdə olduğunu göstərir.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
Bildirilir ki, şərq cəbhəsində Rusiya ordusu faktiki olaraq irəliləyiş əldə edə bilmir. Eyni zamanda, Ukrayna pilotsuz uçuş aparatları vasitəsilə getdikcə daha tez-tez Rusiya ərazisində hədəflərə zərbələr endirməyə nail olur.
"Məhz buna görə “raket terroru” hələlik Putinin əlində qalan son vasitədir. Bununla belə, bir çox ekspert hesab edir ki, Putin yaxın zamanda ciddi sülh danışıqlarına hazır olmayacaq və münaqişəni daha da gərginləşdirmək yolunu seçəcək", – deyə hərbi müxbir vurğulayıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski də açıqlamasında qış üçün müttəfiqlərindən 300 ədəd "Patriot" hava hücumundan müdafiə raketi almaq istədiklərini bəyan edib.
- Azərbaycanda daha iki dövlət qurumu ləğv edilir
- Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi
- Sahibə Qafarovanın bu vəzifəyə namizədliyi irəli sürüldü
- “AzerGold”un təşkilatçılığı ilə Göygöldə tibbi müayinə aksiyası...
- Prezidentin maşınında selfi çəkdi - Foto
- Üzeyir bəyin abidəsi baxımsız vəziyyətdədir - Video
- Prokuror Benizə ağır cəza istədi
- Sabah 40 dərəcə isti olacaq