Sevgilisindən şantaj yolu ilə 1 milyon manata yaxın pul tələb etməkdə ittiham olunan tiktoker Aybəniz Xəlilovanın (Bəniz) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
“BUTA.TV”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda ittiham tərəfi yekun çıxış edib.
“BUTA.TV”nu yeni instaqram səhifəsində izləyin!
Prokuror bəyan edib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham məhkəmə istintaqı zamanı təsdiqini tapıb. Bu əsasla Bəniz hədə-qorxu ilə 836 min manat pul tələb etməkdə və xuliqanlıqda təqsirli bilinməli, 11 il müddətinə azadlıqdan məhrum edilməlidir.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
Hakim Fəxri Məmmədov müdafiə çıxışına hazırlanmaları üçün vəkillərə vaxt verib.
Qeyd edək ki, Bəniz 2024-cü ilin sonunda qeyri-rəsmi münasibətdə olduğu biznesmen sevgilisi Xalid Kərimovun polisə şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Tiktoker əvvəl ev dustaqlığına buraxılsa da, sonradan ittihamın ağırlaşdırılması və zərərçəkmişin israrı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Lakin məhkəmə dövründə Xalid Kərimov mövqeyini dəyişərək Bənizə qarşı şikayətini geri götürdüyünü açıqlayıb. Əvvəllər hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək kömək istəyən zərərçəkmiş sonradan dəfələrlə keçmiş sevgilisinin ev dustaqlığına buraxılmasını xahiş edib. Buna baxmayaraq, məhkəmə ittihamın ağırlığını və zərərçəkmişin dəyişik ifadələrini nəzərə alaraq Bənizin həbsdə qalmasına qərar verib.
Sail Ağasəlim
- Azərbaycanda daha iki dövlət qurumu ləğv edilir
- Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi
- Sahibə Qafarovanın bu vəzifəyə namizədliyi irəli sürüldü
- “AzerGold”un təşkilatçılığı ilə Göygöldə tibbi müayinə aksiyası...
- Prezidentin maşınında selfi çəkdi - Foto
- Üzeyir bəyin abidəsi baxımsız vəziyyətdədir - Video
- Prokuror Benizə ağır cəza istədi
- Sabah 40 dərəcə isti olacaq