İdman zalından 5 min manatlıq saat oğurlandı

17:54 - 14 İyul 2026 - GÜNDƏM

 İdman zalından 5 min manatlıq saat oğurlandı

Binəqədi rayonunda idman zalından oğurluq edən şəxslər saxlanılıblar.

BUTA.TV DİN-ə istinadən xəbər verir ki, Binəqədi rayonunda yerləşən idman zallarından birinin paltardəyişmə otağından içərisində 1500 manat nağd pul, 5000 manat dəyərində qol saatı və bank kartları olan pul kisəsi oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı M.Mustafayev və T.Orucov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol