Azərbaycan Dəmir Yolları QSC (ADY) Bakı–Tiflis–Bakı beynəlxalq marşrutu üzrə səyahət imkanlarının genişləndirilməsi və sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə qatarların tutumunun artırılması istiqamətində işləri davam etdirir.
Bu barədə BUTA.TV-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, görülən işlər nəticəsində qatarların tərkibinə mərhələli şəkildə 2 ədəd komfort və 5 ədəd standart+ sinif vaqon əlavə olunub. Nəticədə sərnişin vaqonlarının sayı vaqon-restoran nəzərə alınmadan 6-dan 13-ə çatdırılıb, sərnişin tutumu isə 178-dən 386 yerədək artırılıb. Beləliklə, ilkin tutumla müqayisədə sərnişin yerlərinin sayı təqribən 2,2 dəfə (120 %) artırılıb.
Əlavə vaqonların istismara verilməsi daha geniş seçim və daha çox sərnişinə səyahət imkanı yaradır.
Marşrut üzrə müşahidə olunan yüksək doluluq dəmir yolu ilə beynəlxalq sərnişindaşımaya marağın artdığını göstərir. İndiyə qədər bu marşrut üzrə 23 000-ə yaxın sərnişin daşınıb. Qatarların doluluq göstəricisi 100 % olub.
Gürcüstandan Azərbaycan istiqamətində tələbatın olduqca yüksək olması səbəbindən satışa çıxarılan biletlər çox qısa müddətdə alınır. Belə tələbat fərqi xüsusilə yay mövsümündə və bayram günləri ərəfəsində daha aydın müşahidə edilir.
- Qohumunun evinə qonaq getdi, oğurluq etdi
- Əli Əsədov daha bir qərar imzaladı
- Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edildi
- Həzi Aslanovda hazır mənzil almaq istəyənlər üçün hansı imkanlar var?
- İyulun bütün sosial ödənişləri yekunlaşdırıldı
- Tiflis istiqamətində əlavə vaqonların istismarı üçün iş aparılır
- Anar Əliyev Zəngilanda sakinlərlə görüşdü
- Külək güclənəcək - Xəbərdarlıq