Mehriban Əliyeva qızları ilə açılışda - Fotolar - Yenilənib

16:25 - 26 Avqust 2026 - GÜNDƏM

 Mehriban Əliyeva qızları ilə açılışda - Fotolar - Yenilənib

Bu gün Bakıda Bilgəh incəsənət məktəbinin açılışı olub.

BUTA.TV” xəbər verir ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər.

Mədəniyyət naziri Adil Kərimli incəsənət məktəbində görülən işlər barədə məlumat verib.

Bildirildi ki, Bilgəh incəsənət məktəbi Bilgəh qəsəbə Mədəniyyət Evi, 27 nömrəli uşaq musiqi məktəbi və Sabunçu rayon mərkəzləşdirilmiş kitabxana sisteminin 10 nömrəli kitabxana filialının fəaliyyətlərinin optimallaşdırılması nəticəsində yaradılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Bu gün “Sabah”dır! - Fotolar

Qeyd edək ki, Bilgəh qəsəbə Mədəniyyət Evinin inzibati binası 1987-ci ildə inşa olunduğundan ötən müddət ərzində köhnələrək istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən Heydər Əliyev Fondu tərəfindən 220 yerlik yeni məktəb binası inşa olunub.

Zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə təchiz edilən təhsil müəssisəsinin binasında musiqi, nəzəriyyə, xor, fotoqrafiya, rəssamlıq, heykəltaraşlıq, dizayn otaqları, xoreoqrafiya və akt zalları, qarderob, kitabxana və yeməkxana var.

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri də görülüb.

***

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakının Nəsimi rayonunda 352 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verib.

Bildirilib ki, 116 yerlik uşaq bağçası kimi istifadəyə verilən müəssisə 1972-ci ildən eşitmə qabiliyyəti pozulmuş uşaqların respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçası kimi fəaliyyət göstərib. Hazırda isə 352 saylı körpələr evi-uşaq bağçası kimi fəaliyyətini davam etdirir.

Heydər Əliyev Fondunun dəstəyi ilə binada əsaslı təmir işləri aparılıb və yeni korpus inşa olunub.

Yeni körpələr evi-uşaq bağçasında eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün xüsusi qrup saxlanılmaqla, uşaqların məktəbəqədər təhsil və tərbiyə almalarına hər cür şərait yaradılıb. Eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün burada 36 yerlik ikimərtəbəli əlavə korpus inşa olunub.

Körpələr evi-uşaq bağçasında surdoloq, oyun və yataq otaqları, idman, tədbir, musiqi və rəqs zalları, tibb, geyinib-soyunma və müəllimlər otaqları var. Surdoloq kabinetləri, dərs, oyun otaqları zəruri avadanlıqlar və mebellərlə təmin olunub.

Uşaqlar üçün açıq havada oyun və idman meydançaları salınıb, söhbətgahlar quraşdırılıb.















Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol