Avqustun 21-i Salyanda ağır yol qəzası baş verib.
“BUTA.TV” xəbər verir ki, Qarabağlı kəndində “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 32 yaşlı Sahil Əsgərlini vurub. Piyada xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən orada ölüb.
Qeyd edək ki, sosial mediada hadisəyə dair videogörüntülər yayılıb. Məlum olub ki, Sahil Əsgərli anası ilə birgə yolu keçmək üçün yaxınlaşıblar. Bu zaman Sahil yaxınlaşan avtomobilin sürətini düzgün hesablamayaraq yolun hərəkət hissəsinə çıxıb və qaçmaq istəyib. Nəticədə, o, nəqliyyat vasitəsinin zərbəsinə tuş gəlib. Anası isə yolun kənarında qalaraq hadisənin şahidi olub.
Faktla bağlı araşdırma aparılır.
Arvadının gözünü kor edibmiş... - İndi də qayınatasının qətlinə görə tutuldu - Video
Hadisə anının görüntülərini təqdim edirik:
- Qazaxıstanda seçkilərin yekun nəticələri açıqlandı
- Rus ordusu Annovkanı işğal etdi
- Qazaxıstanın nəhəng neft emalı zavodu yanır - Video
- Bu ölkə süni intellekt mahnılarına qadağa qoydu
- İranda iki məhbus edam edildi
- Köçəryan və oğlu belə saxlanıldılar - Video
- Anasının gözləri qarşısında maşın vurub öldürdü - Video
- Zelenski Ərdoğana təşəkkür etdi