Məşhur partiya sədri lüks avtomobili ilə qəzaya düşdü

21:00 - 26 Avqust 2026 - GÜNDƏM

 Məşhur partiya sədri lüks avtomobili ilə qəzaya düşdü

Rusiyanın paytaxtı Moskvanın mərkəzində LDPR (Rusiya Liberal Demokrat Partiyası) lideri Leonid Slutskinin lüks “Aurus” avtomobili motosikletlə toqquşub.

BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, hadisə Novıy Arbatla Novinski bulvarının kəsişməsində baş verib. Qəza ilə bağlı ilkin məlumatlar sonradan yenilənib.

İlk xəbərlərdə motosikleti qadının idarə etdiyi və onun qəza nəticəsində öldüyü bildirilirdi. Lakin daha sonra ölüm xəbəri təkzib olunub.

Slutskinin açıqlamasına görə, motosikleti gənc oğlan idarə edib və o, yüksək sürətlə “Aurus”a çırpılıb. Motosikletçi nəqliyyat vasitəsində tək olub.

Bu xəbər hal-hazırda çox oxunur
“Sabah” bu rekordlara imza atdı

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları gəlib. Motosikletçiyə tibbi yardım göstərilib, lakin o, xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Slutskinin köməkçisi Vladimir Dmitriyev qəza nəticəsində ölən və ağır xəsarət alan olmadığını bildirib. O, həmçinin LDPR liderinin qəza zamanı avtomobildə olduğunu və xəsarət almadığını açıqlayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol