Qətər baş naziri İrana səfər edəcək

00:36 - 27 Avqust 2026 - GÜNDƏM

 Qətər baş naziri İrana səfər edəcək

Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani İranın yüksək vəzifəli rəsmiləri ilə görüşmək məqsədilə sabah Tehrana səfər edəcək.

BUTA.TV xəbər verir ki, bu barədə Qətər XİN-in rəsmi nümayəndəsi Məcid Əl-Ənsari X sosial şəbəkə səhifəsində yazıb.

"O onlarla gərginliyin azaldılması və dialoq üçün şəraitin yaradılması yollarını müzakirə edəcək. Bu səfər Qətərin diplomatiyanın münaqişələrin həlli, regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün ən yaxşı üsul olduğuna dair qəti mövqeyini əks etdirir", - o qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol