Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyində (MKA) yeni kadr təyinatları olub.
“BUTA.TV” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Fərid Zeynalov müvafiq əmrlər imzalayıb.
Belə ki, Cəfərov Ceyhun Allahşükür oğlu Kiber əməliyyatları departamentinin direktoru, Əliyev Nizami Mərdan oğlu İnformasiya Texnologiyaları və infrastruktur təhlükəsizliyi departamentinin direktoru, Fərzəliyev Sahil Yaqub oğlu isə İnformasiya texnologiyaları və infrastruktur təhlükəsizliyi departamentinin İnfrastruktur təhlükəsizliyi şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bundan əvvəl C.Cəfərov ABB-də, N.Əliyev “Azerikard”da, S.Fərzəliyev isə “Azərsilah” Müdafiə Sənayesi Holdinqində rəhbər vəzifəsində çalışıblar.
“Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim”
- 1646-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- ABŞ daha bir aviadaşıyıcısını Yaxın Şərqə göndərir
- Düşmən bu cəbhədə də məğlub ediləcək - Qalibaf
- Əsədi ölüm gözləyirdi, ona görə qəbul etdik... - Zaxarova
- Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar
- Rusiya niyə strateji müttəfiq deyil? – Paşinyan
- Ratko Mladiç öldü
- “Bosniya qəssabı” öldü