“AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi, aparıcı Nigar Fərhad saxlanılıb.
“BUTA.TV”nun məlumatına görə, Nigar daxil olmuş çoxsaylı vətəndaş şikayətləri əsasında Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən tutulub.
O, artıq başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Gün ərzində barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat veriləcək.
Hazırda aparıcı istintaq nəzarətindədir, hələlik barəsində qərar verilməyib.
Qeyd edək ki, bir müddət əvvəl eyni məsələ ilə bağlı “AİD Group”un faktiki rəhbəri Samir Yəhyazadə həbs edilib. O, Nigar Fərhadın əridir.
Şirkətlə bağlı şikayətlərin sayı isə durmadan artır. Əksəriyyəti tələbə olan şikayətçilər xaricdə təhsil almaq üçün Nigara verdikləri pulu ala bilmədiklərini deyirlər.
Sail Ağasəlim
- Ermənistan qurumdan çıxarılacaq? - KTMT elan etdi
- Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir - “715 min dollarımı vermirlər”
- Nepalda güclü daşqın: ölənlərin sayı artdı
- İran ABŞ-ın iqtisadi blokadasına qarşı belə mübarizə aparır
- Nigar Fərhad saxlanıldı
- Robert Köçəryan həbs edildi
- Putin Ukraynaya bir anda nüvə zərbəsi endirə bilər - Blumberq
- Almaniya 80 il sonra yenidən qayıdır: Qlobal mərkəzə çevrilir!