Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ölkənin sabiq prezidenti Robert Köçəryan haqqında iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
BUTA.TV xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Bildirilib ki, R. Köçəryana külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma faktları üzrə ittihamlar irəli sürülüb.
Qeyd olunub ki, hakim Sarkis Dadoyanın sədrliyi ilə keçirilən iclas hələ dünəndən başlayıb. Gecə R. Köçəryan həkimlərin göstərişi ilə xəstəxanaya çatdırılıb və məsələnin baxılması onun iştirakı olmadan davam edib.
İstintaqın versiyasına görə, o, ölkə prezidenti olduğu dövrdə qulluq mövqeyindən istifadə edərək başqa şəxslərlə əlbir olub ictimai və iqtisadi əhəmiyyətli bir sıra obyektləri bazar qiymətindən aşağı qiymətə əldə edib.
- Ermənistan qurumdan çıxarılacaq? - KTMT elan etdi
- Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir - “715 min dollarımı vermirlər”
- Nepalda güclü daşqın: ölənlərin sayı artdı
- İran ABŞ-ın iqtisadi blokadasına qarşı belə mübarizə aparır
- Nigar Fərhad saxlanıldı
- Robert Köçəryan həbs edildi
- Putin Ukraynaya bir anda nüvə zərbəsi endirə bilər - Blumberq
- Almaniya 80 il sonra yenidən qayıdır: Qlobal mərkəzə çevrilir!