İran və Ermənmistan “yaşıl” dəhliz yaradır
İran və Ermənistan iki ölkə arasındakı sərhəddə sadələşdirilmiş ("yaşıl") gömrük dəhlizi yaratmaq barədə razılığa gəliblər.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, İranın iqtisadiyyat nazirinin müavini və Gömrük İdarəsinin rəhbəri Fərud Əsgəri ilə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan arasında Culfada keçirilən görüşdə razılıq əldə olunub.
Bildirilib ki, Norduz–Meğri sərhəd-keçid məntəqəsində yüklərin daşınmasını sürətləndirmək və nəqliyyat vasitələrinin boşdayanma müddətini azaltmaq məqsədilə yeni bir mexanizm işə salınacaq.