Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Vladimir Zelenskiyə Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərindəki helikopter qəzası ilə bağlı başsağlığı verib.
BUTA.TV xəbər verir ki, başsağlığı məktubunda qeyd olunur:
"Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".
Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Sabah 39 dərəcə isti olacaq
- Xanım jurnalistin sözləri Prezidenti güldürdü - Video
- “SocGov 2026” beynəlxalq forumu çərçivəsində müsabiqə...
- Sabiq rəis məhkəmə zalında həbs edildi
- Prezident Qordonun Putinlə bağlı sualına belə cavab verdi - Video
- Bu məlumatları heç kimlə paylaşmayın! - DİN
- Eks-idarə rəisi ilk iclasda həbs edildi
- Onlar vizadan qarşılıqlı azad edəcək