Nisbətən sonra yaratdığımız və hazırda Azərbaycanı, Gürcüstanı, Türkiyəni birləşdirən və Avropaya qədər uzanan dəmir yolu bağlantısı uğurla icra etdiyimiz neft və qaz kəmərləri layihələrindən qaynaqlandı. Hesab edirəm ki, dəhlizin bu tərəfində işlər tamamlanıb, o cümlədən nəqliyyat infrastrukturu yerindədir.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Xəzər dənizində 53 gəmidən ibarət ən böyük donanmaya malikdir. Bununla yanaşı, Türkmənistan, Qazaxıstan və Azərbaycanın limanlarını, yaxşı dəmir yolu bağlantısına malik Mərkəzi Asiya ölkələrini qeyd etmək lazımdır. Beləliklə, iştirakçı dövlətlərdən - Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropalı tərəfdaşlardan ibarət icraiyyə komitəsi və ya idarə heyəti yaradılmalıdır.
- “Belə avtomobillə heç yerə getmərəm”
- Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu...
- Bu ayranlarda jeleyəbənzər maddə niyə yaranır?
- “Diplom işimin mövzusu bu idi, 30 səhifəlik təhlil yazmışdım”
- Azad edilmiş ərazilərdə əməyin mühafizəsi üzrə tədbir...
- Sabah 39 dərəcə isti olacaq
- Xanım jurnalistin sözləri Prezidenti güldürdü - Video
- “SocGov 2026” beynəlxalq forumu çərçivəsində müsabiqə...