Tehran və Moskvanın əla münasibətlərinə baxmayaraq, İran Krımın, eləcə də Donetsk və Luqanskın Rusiyanın tərkibinə daxil olmasını tanımır.
BUTA.TV xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian TRT World telekanalına müsahibəsində deyib.
"Biz ikili standartlara can atmırıq. Biz İraq, Suriya, Yəmən, Fələstin və Əfqanıstandakı müharibəyə qarşıyıq. Eyni şəkildə biz Ukraynada müharibəyə və insanların didərgin düşməsinə qarşıyıq. Digər tərəfdən, beynəlxalq hüquq çərçivəsində ölkələrin ərazi bütövlüyü və suverenliyini tanıyırıq. Bu səbəbdən Tehran və Moskva arasında gözəl münasibətlərə baxmayaraq, Krımın Ukraynadan ayrılmasını tanımırdıq. Biz Luqansk və Donetskin Ukraynadan ayrılmasını tanımırıq”, - deyə XİN rəhbəri bildirib.
- “Belə avtomobillə heç yerə getmərəm”
- Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu...
- Bu ayranlarda jeleyəbənzər maddə niyə yaranır?
- “Diplom işimin mövzusu bu idi, 30 səhifəlik təhlil yazmışdım”
- Azad edilmiş ərazilərdə əməyin mühafizəsi üzrə tədbir...
- Sabah 39 dərəcə isti olacaq
- Xanım jurnalistin sözləri Prezidenti güldürdü - Video
- “SocGov 2026” beynəlxalq forumu çərçivəsində müsabiqə...