Özümü bir tərəfdən Axısxa türkləri, digər tərəfdən Can Azərbaycana xidmət etmək üçün 20 ildir səfərbər etmişəm.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-dakı türk icması və fəalları ilə görüşündə deyib.
“20 illik siyasi həyatımda ölkəmə, millətimə xidmət etmək mənim üçün bir şərəfdir”, - Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.
Mövlud Çavuşoğlu Axısxa türklərinin hələ keçmiş SSRİ dövründə, o cümlədən imperiyanın sabiq rəhbəri İosif Stalinin hakimiyyətdə olduğu illərdə doğma yurdlarından didərgin salındıqlarını xatırladıb. Türkiyənin xarici işlər naziri qeyd edib ki, Axısxa türkləri Azərbaycan və digər türkdilli ölkələrdə məskunlaşıblar.
O, ABŞ-ın dövlət katibi Entoni Blinkenlə keçirdiyi görüşündən də bəhs edib, ikitərəfli və çoxtərəfli müzakirələrdən danışıb.
- “Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini artırır
- Sabah Məhərrəm ayı bitir
- Rafael Ağayevə ağır itki
- Azərbaycanda dövlət qurumu ləğv edildi
- Prezident jurnalisti görüb avtomobildən düşdü - Video
- Bakıda mağazadan terminal oğurlandı - Anbaan video
- “Azəriqaz” Samuxda payız-qış mövsümünə hazırlığı davam etdirir
- “Belə avtomobillə heç yerə getmərəm”