"Bəlkə 4 il əvvəlki verilişdə bu sözlərə başlasaydım, başıma bu işlər gəlməzdi"
BUTA.TV xəbər verir ki, Həmid Həmidovun "Danışaq?" verilişinin yeni buraxılışında bu dəfə də əməkdar artist Bəhram Bağırzadə qonaq olub.
O son zamanlar onun əleyhinə aparılan müzakirələrdən və təhqirlərdən danışıb.
"Mən həmişə Allaha təvəkkül edib yaşamışam. 2 il əvvəl məni böyük bir bəladan, ölümdən xilas edib yenidən bu həyata, günahlar dünyasına qaytardı. Ondan sonra heç nədən qorxmuram. Narahatçılığım bir ondandır ki, mən ölüb gedəcəyəm, gələcək nəslə, övladlarımıza görə narahatam. Uşaqların gələcəkdə ailə quracaqları insanlar kim olacaq? Mən istəmirəm övladlarım xarici ölkəyə köçüb yaşasın. İstəməzdim. Mən istəyirəm bu məmləkətdə yaşasınlar.
O cəmiyyətdə ki, gələcəyin terrorçuları, vandalları var, ona görə qorxuram. Biz bunların tərbiyəsi ilə məşğul olmasaq çox böyük faciələr yaşaya bilərik.
Mən bir mədəniyyət işçisi kimi deyirəm ki, mədəniyyətdə deqradasiya gedir.
Mən elə bil həyatımda qəribə təsadüfdür, 5 ildən bir qalmaqala düşürəm. Pandemiyada da komaya düşəndə qalmaqal yaşandı.
Mənim də alnıma belə yazılıb. Allah mənə güc verir, imtahana çəkir. Mən heç vaxt təslim olmayacam.
Məni sosial şəbəkələrdə söyənlərə gündə 17 dəfə dua edirəm.
Mən Don Kixotluq edirəm, bu gün bunu etməsəydim, heç kim deməyəcəkdi. Hamı görür, amma susurlar".
- Azərbaycan Afrikada yüksəksəviyyəli iclas keçirdi
- Azərbaycanla münasibətlərimiz tərəfdaşlığa əsaslanır - Sani
- Tolopilonun cəzasızlığı AZAL təyyarəsinin faciəsinə səbəb oldu...
- Zəngəzur dəhlizi Azərbaycana təhvil verilib... - Abovyan
- Zəngəzurla bağlı son plan: 198 il Türkiyə nəzarət edəcək
- Rusiya ermənilərinin lideri: Bakıdan növbəti qələbə...
- Təkrarlamaqdan yorulmuram, Bakı ilə münasibətlər...
- Paşinyanın təyyarəsi ilk dəfə Azərbaycan hava məkanından keçdi