“Çox dəhşətli səhnədir. Tehrandakı səfirliyimizə hücum etmiş terrorçu İran polisinə əl edərək, heç bir müqavimətsiz əlindəki avtomat silahla səfirliyə daxil olur. Tehrandakı səfirliyə hücum çox ciddi təhlükəsizlik problemlərini üzə çıxarır”.
BUTA.TV-nin xəbərinə görə, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib.
Ə.Kərimli qeyd edib ki, terrorçu əlində avtomatla düz səfirliyin içinə girə bilirsə, deməli, səfirliyi kənardan qorumalı olan İran polisi ya bu hücumun içində olub, ya da cinayətkarcasına səhlənkarlığa yol verib və məsul şəxslər həbs olunmalıdır: “İranla münasibətlərin hazırkı gərginliyini və daha əvvəllər müxtəlif ölkələrdə Azərbaycan səfirliklərinə edilən hücumları da nəzərə almaqla Tehrandakı səfirliyimiz daha yaxşı qorunmalı idi. Cinayətkar silahlı olduğu üçün ya səfirliyin çölündə, səfirliyə girə bilmədən zərərsizləşdirilməli idi, ya da səfirliyin qapısından silahla içəri daxil olduğu anda atəşlə qarşılanmalı idi. Bütün bunlar olmadı və deməli, səfirliyin Azərbaycan tərəfindən mühafizəsində də səhlənkarlığa yol verilib. Nəhayət, hər bir pis hadisənin də mütləq yaxşı bir tərəfi vardır prinsipinə uyğun olaraq son terror olayının daha bir qəhrəmanımızı da ortaya çıxardığını vurğulayaq. Avtomat silahla səfirliyin mühafizə rəisini qətl etmiş cinayətkarın üzərinə yalın əllə, cəsarətlə hücum edib, cinayətkarın daha çox insan öldürməsinə imkan verməyən səfirliyin ağ köynəkli mühafizəçisi gerçək bir qəhrəmandır və igidliyinə görə dövlət səviyyəsində təltif olunmalıdır”.
- Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…
- Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir
- AB və Azərbaycan arasında mühüm müzakirə
- Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi
- Vəkillər Kollegiyasından bu şəxslərə xəbərdarlıq
- Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı
- İlham Əliyevin orada yer alması təsadüfi deyil - Aksoy
- Bu deputatlara vəzifə veriləcək - Siyahı