Azərbaycanın quru sərhədlərini açmamasının əsl səbəbi

21:16 - 30 Yanvar 2023 - CƏMİYYƏT

 Azərbaycanın quru sərhədlərini açmamasının əsl səbəbi

Azərbaycanın quru sərhədlərini pandemiyaya görə açmadığı haqda rəsmi səbəb ictimaiyyət arasında birmənalı qarşılanmır. Belə ki, pandemiya faktiki olaraq bitib, üstəlik, Azərbaycanın bütün qonşuları quru sərhədlərini açıblar. Bu mənada quru sərhədlərinin niyə bağlı qalması hər zaman cəmiyyətin müzakirə predmeti olub.

BUTA.TV xəbər verir ki, İrandakı səfirliyimizə terror hücumundan sonra quru sərhədlərimizin bağlı qalması ilə bağlı daha inandırıcı versiya irəli sürülüb. Bəzi ekspertlər bunun İrandan gələn ciddi təhdidlə bağlı olduğuna artıq heç bir şübhə etmədiklərini bildirirlər və bunu doğru qərar hesab edirlər.

Xatırladaq ki, quru sərhədlərimiz bağlanarkən hələ Vətən müharibəsi baş verməmişdi. Məhz 44 günlük İkinci Qarabağ savaşında Azərbaycanın əldə etdiyi böyük qələbədən sonra İranın Azərbaycana qarşı açıq düşmənçilik siyasəti başladı. Bunun ardınca sərhədlərin açılması isə ölkəmizi daha təhlükəli vəziyyətə gətirə bilərdi. Belə ki, İran kəşfiyyatının Azərbaycanda necə aktiv olduğu DTX-nin ardıcıl əməliyyatları ilə ifşa edilən casus şəbəkələrindən bir daha aydın olur. Quru sərhədlərin açılması isə Azərbaycanın qələbəsindən ciddi şəkildə narahat olan İranın “şimal qonşusuna” diversant ixracını bir neçə dəfə artıra bilər.

Ekspertlər təklif edirlər ki, artıq Azərbaycanın bütün quru sərhədlərini açması, İranla sərhədi isə bağlı saxlamasında heç bir problem yoxdur. Əgər əvvəl belə bir addım İranın narazılığına səbəb olardısa, indi bunun səbəbini izah etmək üçün rəsmi Bakının ciddi əsası var: İranda Azərbaycan səfirliyinin fəaliyyəti qeyri-müəyyən müddətə təxirə salınırsa, İranla quru sərhədlərinin açılmaması da normaldır. Çünki İrandan Azərbaycana terror təhdidi olduğunu artıq 27 yanvar teraktı tam şəkildə sübut etdi.

Bu xəbər hal-hazırda çox oxunur
İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol