Pensiyaların indeksləşdirilərək artırılmasının fevralın ikinci həftəsinə təsadüf edəcəyi gözlənilir. Belə ki, pensiyalar əvvəlki ildə orta aylıq əmək haqqındakı artıma indeksasiya olunur. Bu göstərici isə fevral ayının ilk yarısında elan edilir.
BUTA.TV xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.
“Əmək haqqıdakı artım faizi əmək pensiyalarının indeksasiyasında istifadə edilən əsas meyardır.
Gözlənilir ki, təxminən fevralın 12-dək Dövlət Statistika Komitəsi rəsmi artım rəqəmini elan etsin və daha sonra indeksləşdirmə ilə bağlı sərəncam imzalanacaq. O baxımdan, indeksləşdirmənin yanvarda baş tutmaması heç də pensiyaların artırılmayacağı anlamına gəlmir.
Sərəncamın fevral ayında imzalanmasına baxmayaraq, pensiya artımları yanvarın 1-dən hesablanır. Amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. 2022-ci ilin 11 aylıq yekunları təsdiq edir ki, pensiya məbləğlərində yeni artımlar 15.0 faizə yaxın olacaq. Pensiyaçılara bu ay yanvar üçün hesablanmış artım da ödəniləcək. Mart ayından etibarən isə artırılmış standart aylıq pensiya məbləğini alacaqlar”, - Bayramov bildirib.
- Prezidentlər işğal dövründə güllələnmiş büstlərə baxdılar
- Expressbank Xankəndi şəhərinə mediatur təşkil edib
- 10 il milli komandada işləyən həkim ginekoloq imiş...
- TuranBank beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
- “Azərbaycandan qayıdandan sonra işlərim daha yaxşı gedib”
- Ağdamda məktəb Slovakiya Milli Qəhrəmanının adını daşıyacaq
- Media və Yayım Şurası yaradılır - Son oxunuş
- MM-in növbədənkənar sessiyasının son iclası başladı