Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun bu ay istefaya göndəriləcəyi haqda iddia yayılıb.
BUTA.TV xəbər verir ki, buna səbəb kimi Ramiz Zeynalovun bu ay 72 yaşının tamam olması göstərilir.
Qeyd edək ki, Ramiz Məhəmmədəli oğlu Zeynalov 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU) və SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirib.
1976-cı ildə daxili işlər orqanlarında işə başlayıb. 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
R.Zeynalov 2003-cü ildə “general-mayor” rütbəsi alıb. Generallar üçün xidmətdə ən son yaş həddi 70 sayılır.
Buna görə də R.Zeynalovun 29 ildir rəhbərlik etdiyi qurumdan pensiyaya göndəriləcəyi barədə məlumatın yayılması təsadüfi deyil.
- Zeynəbin axtarışları hələ də davam edir - Video
- Sabah Bakıda güclü külək əsəcək - Xəbərdarlıq
- Abşeronda mühüm tədbir keçirildi - Foto
- 1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video
- Azərbaycanda daha iki dövlət qurumu ləğv edilir
- Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi
- Sahibə Qafarovanın bu vəzifəyə namizədliyi irəli sürüldü
- “AzerGold”un təşkilatçılığı ilə Göygöldə tibbi müayinə aksiyası...