Türkiyədəki dəhşətli zəlzələdən sonra daha da güclənən qardaşlıq duyğularından, sərgilənən birlik nümunələrindən narahat olanlar dərhal hərəkətə keçiblər.
BUTA.TV xəbər verir ki, bu sözləri QAFSAM sədri Araz Aslanlı qeyd edib.
O bildirib ki, iki cür görüntü üzərindən təbliğat başlanıb:
“Əvvəlcə Azərbaycanda toplanan yardımlar içərəsində istifadə olunmuş, ya da zəlzələdən zərər görənlərin işinə yaramayacaq (geyilmiş “toy paltarı”, dikdaban ayaqqabı və s. kimi) əşyaları ön plana çıxararaq Türkiyədən Azərbaycana doğru bir mənfi təbliğat başlatmaq istədilər. Belə hallar var idi, amma çox az idi. Toplanan yardımların içində milyonda bir idi. Dünyanın hər yerində, hər zaman ola biləcək haldır (hətta Türkiyənin digər vilayətlərindən göndərilən yardımlar içərisində də bu cür hala rast gəlinir – red.). Amma burada əsas gerçəklik birlik duyğusu, ürəyi yanmaq, bütün Azərbaycanın ürəyinin Türkiyə ilə döyünməsi idi.
İndi isə mənfi təbliğatın ikinci dalğasını başlatmaq istəyirlər. Yerinə tam çatdırılmamış bəzi yardımlar üzərindən belə bir təbliğayt aparmaq istəyirlər ki, sanki “siz topladınız, aparıb çöllərə tökdülər" və s.
Bu qədər genişmiqyaslı, bu qədər dağıdıcı, bu qədər böyük insan itkisinə səbəb olan bir zəlzələdən sonra yardımların təcililiyi səbəbindən və eyni zamanda idarəetmənin (koordinasiyanın) lazımı səviyyədə olmamasından qaynaqlanan əskikliklər əlbəttə ki, var. Amma yardım göndərənlər, toplayanlar, daşıyanlar - çatdıranlar, paylayanlar və alanlar hamısı bir təşkilatın üzvləri deyil. Hamısının bütün hərəkətləri planlaşdırılmayıb və dəqiq idarə olunmur. Bunların hər biri müxtəlif duyğu və qabiliyyət sahibi insanlardır, prosesə təcili şəkildə töhfə vermək istəyənlərdir və s. Belə olan halda da toplanan yardımlarda zəruri olmayanlar, prosesi aparanlar içərisində işini yaxşı görməyənlər, hətta aldığı yardımlardan işinə yaramadığını düşünüb bir tərəfə qoyanlar da ola bilər.
Proseslər ideal idarə olunsaydı, əlbəttə ki, daha yaxşı olardı, israf olmazdı. Amma təəssüf ki, bunlar olur.
Önəmli olan bu cür halların bütövlükdə yardım kampaniyalarına kölgə salmasına icazə verməməkdir. Xüsusilə yardıma ehtiyacı olanlar, yardım kampaniyaları davam edərkən bu, çox vacibdir.
Təbii ki, o görüntülərdən üzülən, əsəbiləşdiyi üçün yazan və paylaşan səmimi soydaşlarımız var. Amma hazırda ciddi bir təxribat təşəbbüsü də sezilir”.
QAFSAM sədri soydaşlarımızı bu həssaslığa diqqət yetirməyə, xüsusi hazırlanmış təxribat xarakterli materialları paylaşmaqdan uzaq durmağa çağırıb.
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi