Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Misirə işgüzar səfəri çərçivəsində Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Əl-Murayhi ilə görüşüb. Qətərin XİN başçısı ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu açıqlayıb.
Bu barədə BUTA.TV-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər Azərbaycan və Qətər arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.
Görüş zamanı ikitərəfli əməkdaşlığın mövcud səviyyəsindən razılıq ifadə olunaraq, ölkələrimiz arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olduğu vurğulanıb. Azərbaycan ilə Qətər arasında beynəlxalq təşkilatlar və platformalar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində mövcud olan səmərəli əməkdaşlıq qeyd edilib.
“Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim”
Eyni zamanda, iki ölkə arasında birgə hökumətlərarası komissiyanın gündəliyində duran məsələlərə toxunulub. Tərəflər iqtisadiyyat, ticarət, investisiya, maliyyə, sənaye, enerji, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Azərbaycanın əlverişli biznes mühiti və iqtisadi potensialı barədə məlumat verilib, ölkələrimizin biznes dairələri arasında fəal işgüzar münasibətlər barədə fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov münaqişə sonrası bölgədəki vəziyyət, Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə qarşı tərəfi məlumatlandırılıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.
- İƏT-in yeni baş katibi seçildi
- Azərbaycanlıların olduğu gəmi dronla vuruldu
- Kiyevdə partlayış baş verdi
- “Qarabağ”ın matçı 15 dəqiqə gec başladı - Yenilənib
- ABŞ-İran savaşı: Səudiyyə Ərəbistanı yeni cəbhə açır
- “Qarabağ” “Tvente”yə qarşı - Canlı-Yenilənir
- Ərdoğan Tokayevlə regionu müzakirə etdi
- Almaniyada məktəbə hücum: keçmiş sevgilisini öldürdü