Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlamentin nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən BUTA.TV-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin sədr müavini Adil Əliyev, parlamentin komitə sədrləri Ziyafət Əsgərov, Bəxtiyar Əliyev, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, qrupun üzvləri Sevinc Hüseynova, Əminə Ağazadə, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.
Moskvanın “Vnukovo 2” hava limanında nümayəndə heyətini Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədr müavini Aleksey Qardeyev, Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının və Federasiya Şurasının sədrləri ilə görüşləri gözlənilir.
- Mühüm dəyişiklik gündəmdə: Evlər ucuzlaşacaq? - Video
- İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Video
- Fransa Norveçi darmadağın etdi - Yenilənib - Video
- Xidmət rəisi "neqodnı" olan vətəndaşlara çağırış etdi
- Xəzəryanı ölkələrdə 40 mindən çox ölü suiti tapıldı
- Azərbaycanda hərbi xidmətin müddəti azaldılır?
- Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
- “Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” - Video