Cəmi bir neçə gün əvvəl Afina və Ankara bir-birinə qarşı ən kəskin ritorikadan istifadə edirdi. Buna baxmayaraq, Türkiyədə baş verən faciəli zəlzələyə görə Yunanıstanın xarici işlər naziri Dendias Ankaraya gələrək Çavuşoğlunu qucaqlayıb, başsağlığı verdi. Yunanıstan Türkiyəyə humanitar yardımlar göndərdi, sadə yunanlar isə “Qonşu, yanındayıq!” deyərək mənəvi dəstək oldu.
Bəli, bu bir siyasət, bir diplomatiyadır. Amma yunanlar öz insanlıqlarını nümayiş etdirməyi bacardılar. İnsanlıq imtahanından üzüağ çıxdılar.
Və bütün bunların fonunda Türkiyənin digər qonşusuna - Ermənistana baxaq. İrəvan siyasi səviyyədə, diplomatiya xatirinə Türkiyəyə dəstək verdi, xilasedicilər və humanitar yardım göndərdi. Məhz buna görə də erməni xalqı, xüsusilə də humanistlikdən bəh-bəhlə danışan siyasətçilər hakimiyyəti az qala linç etsinlər. Üz-gözlərindən şovinistlik yağan ermənilər insanlıqdan çox uzaq olan fikirlər səsələndirir: “Yardıma zəhər qoymalıydıq ki, daha çox türk ölsün”, “Zəlzələdə erməni ölməyibsə, türklərə yardım da etməyək”,“Paşinyan türkdür deyə, qardaşlarına yardım edir. Biz ermənilər düşmənə yardım əli uzatmarıq”, “XİN səviyyəsində başsağlığı kifayət idi. Yardım göndərmək, Paşinyan tərəfindən başsağlığı vermək nədir?”, “Ölən türkdürsə, zərər yoxdur” və s.
Bu fikirlər demək olar ki, hər gün erməni mediasında və Teleqram kanallarında yayılır. Onlar hakimiyyətə çağırış edib, xilasedicilərin İrəvana geri qayıtmasını tələb edirlər.
İnsanlığa sığmayan bu ifadələr sadəcə erməni vətəndaşlarının deyil, din xadimlərinin simasında da özünü göstərir. Başlıca qayəsi barışa aparmaq, birlik yaratmaq olan dinin altında maskalanan erməni apostol kilsəsinin katolikosu II Qaregin faciədən bir həftə keçməsinə baxmayaraq, hələ də türk xalqına başsağlığı verməyib. II Qaregin belə bir faciəni fürsət bilib qonşuya sülh qapısını açmağa səsləmədi. Onun 2008-ci ildə Roma Katolik Kilsəsinin rəhbəri XVI Benediktin dəvəti ilə Vatikanda olarkən sülhə deyil, bütün dünya ölkələrini Osmanlı İmperiyasında 1915-ci ildə saxta “erməni soyqırımı”nı tanımağa çağırmasını xatırladıqda, səssizliyi təəccüb doğurmur.
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı