Ərdoğanın İrəvanın addımlarına müsbət münasibəti Paşinyan üçün çox önəmlidir. Paşinyan bir çox cəhətdən Ərdoğanı yamsılamağa cəhd edir. O, Türkiyə liderindən dərs almağa çalışır. Və əgər bu gün ABŞ və NATO-nun müttəfiqi olan Ərdoğan regionda özünü müstəqil oyunçu kimi aparırsa, Paşinyan da Moskva və KTMT-yə münasibətdə eyni şeyi etməyə səy göstərir. Türkiyə Prezidenti Paşinyanın hərəkətlərini bəyənir. Unutmayaq ki, 2021-ci ilin yazında Paşinyan üçün çətin günlərdə rəsmi Ankara Ermənistan müxalifətinə az qala birbaşa xəbərdarlıq etdi: “Paşinyana toxunmağa cəsarət etməyin və hərbi çevrilişi xəyalınıza gətirməyin!” Ərdoğan hökumətinin dəstəyi və Ankaranın Ermənistandakı daxili siyasi proseslərə təsir rıçaqları olmasaydı, o zaman Paşinyanın hakimiyyətdə qalacağı sual altında idi.
BUTA.TV xəbər verir ki, bunu erməni analitiki Ruben Marqaryan deyib.
“Başqa bir məqam isə Ərdoğanın Paşinyanın hələ də dəhliz məsələsini uzatmasına olan narazılığıdır. Buna görə də Türkiyə lideri tez-tez Paşinyana birbaşa və ya İlham Əliyev vasitəsilə bildirir ki, Türkiyə ilə Ermənistan münasibətləri Azərbaycanın maraqları tam nəzərə alınmadan, nizamlanmadan sülhlə həll olunmayacaq. Paşinyan da bu yanaşma ilə razıdır. Onun Qərbə və Ankaraya böyük dönüşü bunu izah edir. Bu, həm Ermənistan, həm də şəxsən ölkənin Baş naziri üçün təhlükəli oyundur. Paşinyan başladığı təhlükəli oyunda türk dünyası liderinin dəstəyinə nə qədər ehtiyacı olduğunu bilir və anlayır”, - o bildirib.
- İrəvan dərhal Bakı ilə sazişi imzalamağa hazırdır - Mirzoyan
- Ermənilər sərhəddə təxribata cəhd etdilər - Video
- Azərbaycana bu sazişə qoşulmağı təklif edəcəyik
- Putin çətin vəziyyətə düşüb, Zelenskidən bunu gözləmirdi
- Türkiyə üçün ən böyük təhdid PKK yox, budur – Şərh
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz cavab verdi
- Azərbaycanda cərraha yüksək vəzifə verildi
- Bu şagirdlərdən nələr oğurlamısınızsa, geri qaytarın!