Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev ötən gün İrəvana gəlib. O, Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Xovayev Ermənistan hakimiyyətinə xəbərdarlıq edib ki, Moskva Paşinyanın son bəyanatından ciddi şəkildə qıcıqlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Past” qəzeti gizli mənbələrinə istinadən məlumat yayıb.
“Belə çıxır ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğu nəinki zəmanət vermir, əksinə, Ermənistanın təhlükəsizliyinə təhlükə yaradır. Kreml hesab edir ki, Paşinyan artıq “bütün qırmızı xətləri” keçib. Bu hal Ermənistanın indiki hakimiyyətini çox narahat edib. Görüşdən sonra xüsusən də Ermənistanın XİN rəhbəri və müdafiə naziri rusiyalı həmkarlarına zəng vurmağa tələsiblər”, - məlumatda deyilir.
Yeri gəlmişkən, Nikolun AB missiyasının İrəvan və Moskvanın “Bakıya qarşı birgə təcavüzkar hərəkətlər” etməyəcəyinə əmin olmaq üçün Ermənistana gəlməsi barədə bəyanatı Rusiyanı bərk qəzəbləndirib. Moskvada bu, Ermənistanda Rusiyanın mövcudluğuna Qərbin nəzarəti kimi qəbul edilir.
- Qatı duman Bakı–Şamaxı yolunu bürüdü - Video
- Tanınmış həkimə vəzifə verildi
- Azər Mursaqulov kollektivə təqdim edildi
- Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
- İrana aid tarixi əsərlər Çində yoxa çıxdı
- Bakı və Vaşinqtonun strateji tərəfdaşlığı - Detallar
- Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyub
- Vens İrəvanda ilk addımı Azərbaycan xalçasına atdı