2035-ci ildən etibarən Avropa İttifaqı ərazisində daxili yanma mühərrikləri və benzin və dizel yanacağı ilə işləyən minik avtomobillərinin satışı qadağan ediləcək.
BUTA.TV xəbər verir ki, bununla bağlı Avropa Parlamenti Avropa Komissiyasının təklifini təsdiqləyib.
Bildirilib ki, Avropa Parlamentinin qərarına əsasən, 2035-ci ildə satışa çıxarılacaq bütün yeni avtomobillər atmosferə sıfır zərərli tullantılar buraxılması tələblərinə cavab verməlidir. 2030-cu ildə tullantıların azaldılmasına dair təxmini ara hədəflər minik avtomobilləri üçün 55 faiz, kommersiya maşınları üçün isə 50 faiz həcmində müəyyən edilib. Ekspertlər əmindirlər ki, Avropa İttifaqı iqlim dəyişikliyi üzrə öz üzərinə qlobal liderlik missiyasını götürməlidir. Onlar vurğulayırlar ki, bu, ətraf mühitin və vətəndaşların mühafizə olunmasında tarixi məqamdır.
- Bakıda biznesmen HƏBS EDİLDİ
- Kərə yağının qiymətində kəskin artım – Nə baş verir?
- Ağdamda ev yanaraq kül oldu
- Fransada polisə qılıncla hücum edildi - VİDEO
- Azərbaycanlılardan bu cür istifadə əxlaqsızlıqdır - Zurabişvili
- Məşhur sosial şəbəkə bağlandı
- Tural Kosayevi öldürən şəxsin məhkəməsi başlayır
- Kanala düşən maral xilas edildi - Video