Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan CHP-nin sabiq sədri, tanınmış siyasətçi Dəniz Baykalın vəfatı ilə əlaqədar ailəsini ziyarət edib.
BUTA.TV xəbər verir ki, Ərdoğan və xanımı mərhum siyasətçinin həyat yoldaşı Olcay və qızı Əsli Baykala başsağlığı verib.
Qeyd edək ki, fevralın 11-də Türkiyənin tanınmış siyasətçisi və dövlət xadimi, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Dəniz Baykal 84 yaşında infarkt nəticəsində vəfat edib.
- Prezident “Sabah”a 5 milyon ayırdı
- Xarkovda ticarət mərkəzi dronla vuruldu: 1 ölü, 4 yaralı
- İranı müdafiə etmək onlarla düşmənçilik deyil – Pezeşkian
- Rus ordusu bu kəndi işğal etdi
- İranda zavodda yanğın baş verdi
- Rusiya Britaniyanı hədələdi: Cavab zərbəsi olacaq
- Pakistanda əməliyyat: 11 terrorçu öldürüldü
- Zelenskidən Netanyahuya: Bunu eşitmək xoşdur!