Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BUTA.TV-a verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuşlar, rayon sakini Ramazan Balacayev və onunla qeyri-rəsmi münasibətdə yaşayan Şükufə Hacıyeva saxlanılıb.
Şəxsi axtarış zamanı qadından metamfetamin, R.Balacayevdən isə heroin aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə onların yaşadığı ünvana da baxış keçirilib və oradan külli miqdarda heroin aşkarlanaraq istintaqa təhvil verilib. Saxlanılan şəxslər ifadələrində həmin narkotik vasitə və psixotrop maddəni sosial şəbəkədə tanış olduqları İran vətəndaşından onlayn yolla aldıqlarını bildiriblər.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, Ş.Hacıyeva bir müddət əvvəl də paytaxtda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən tutulub və onun qadın olduğu nəzərə alınaraq məhkəmə tərəfindən barəsində həbs yox, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Ancaq Ş.Hacıyeva bundan sui-istifadə edərək yenidən analoji cinayət əməlini törədib. Həmçinin, həmin faktla bağlı başlanmış cinayət işi üzrə aparılan istintaqdan yayınmağa cəhd etdiyi üçün barəsində axtarış elan edilmişdi.
- Hüseyndən həbs xəbərlərinə reaksiya
- Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır!
- Pakistan Azərbaycan və Türkiyəyə belə təşəkkür etdi - Foto
- Kallas Mirzoyanla görüşdü, Bakı ilə sülhdən danışdı
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Piriyev kimdir?
- BƏƏ-dən qızıl gətirən DGK-nın vəzifəliləri ilə bağlı yeni xəbər
- Baş Prokurorluğun sorğusuna dair qərar qəbul edildi
- Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi