Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə İstilik Elektrik Stansiyasının təməlinin qoyulması ölkəmiz, eləcə də bütün region üçün çox əlamətdar hadisədir. Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində Mingəçevir ötən əsrin 70-80-ci illərində nəinki Azərbaycanın, bütövlükdə Qafqazın enerji mərkəzinə çevrilmişdi. Məhz Ümummilli liderimizin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. 1981-ci ildə isə böyük stansiyanın birinci blokunun açılışında Ulu Öndər Heydər Əliyev iştirak etmidir. 2018-ci ildə Ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesi başlandı. Növbəti iki il ərzində 8 blok tamamilə yenidən qurularaq istifadəyə verildi və 2020-ci ildə stansiya yenidən 2400 meqavat generasiya gücü ilə işləməyə başladı. Bərpa-yenidənqurma işləri nəticəsində stansiyanın təqribən 600 meqavatdan çox itirilmiş gücü bərpa edilmişdir ki, bu da özlüyündə yeni bir böyük stansiyanın tikintisinə bərabərdir.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat Ermənistan silahlı qüvvələrinin Vətən müharibəsi dövründə dəfələrlə Mingəçevir şəhərini raket hücumlarına məruz qoymalarında da əsas məqsədin Azərbaycanın elektrik enerjisi potensialını sıradan çıxarmaq olduğunu qeyd edib:
“2020-ci ildə Vətən müharibəsinin gedişində ardıcıl məğlubiyyətlərə uğrayan Ermənistan Azərbaycanın dinc şəhərlərini, mülki obyektlərini hədəfə alırdı. 2023-cü il fevralın 13-də Bakıda “Gülüstan” sarayında keçirilmiş yeni Mingəçevir İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edən Prezident İlham Əliyev bu məsələyə də toxunaraq bildirdi ki, məğlub Ermənistanın xain hücumları nəticəsində Azərbaycanın hərbi əməliyyatların aparıldığı zonadan çox-çox uzaqda yerləşən ərazilərində də yüzlərlə yaşayış evi tamamilə dağıdılmış, yüzə yaxın dinc insan həlak olmuşdur. Dövlətimizin başçısı İkinci Qarabağ müharibəsinin gedişində Mingəçevir Elektrik Stansiyasının böyük önəminin bir daha bəlli olduğunu vurğulayaraq qeyd etdi ki, o zaman bu strateji obyekti uzaqmənzilli raketlərlə atəşə tutan ermənilər Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdilər. Ancaq onlar buna nail ola bilmədilər. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Ermənilər heç bir məqsədlərinə çata bilmədikləri kimi, bu hədəflərinə də çata bilmədilər. Çünki Azərbaycan öz mübarizəsində haqlı idi, Azərbaycanın apardığı müharibə də ədalətli müharibə idi”.
K.Qafarov yeni inşa ediləcək Mingəçevir İstilik Elektrik Stansiyasının həm Azərbaycanın, həm də Avropanın enerji təhlükəsizliyinə növbəti böyük töhfə olacağını vurğulayaraq deyib:
“Prezident İlham Əliyev çıxışında qeyd etdiyi kimi, artıq Mingəçevir şəhərinin Azərbaycanın və bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır. Təxminən 1300 meqavat gücündə olan stansiya ölkəmizin potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək. Digər tərəfdən isə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Yeni tikiləcək stansiya ildə təqribən 800 milyon - 1 milyard kubmetr qaza qənaət edilməsinə imkan verəcək. Bu isə Azərbaycan qazına böyük tələbatı olan Avropanın enerji təhlükəsizliyinə növbəti önəmli töhfə olacaq. Heç şübhəsiz bu, son dərəcə uğurlu bir layihədir. Hazırda dünyada, Avropada, o cümlədən Azərbaycanda bərpaolunan enerjiyə daha böyük üstünlük verilməsinə baxmayaraq, ənənəvi resursların, ənənəvi stansiyaların səmərəsi hələ ki, daha yüksəkdir”.
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video
- Bu, Əliyevin qələbəsidir - Solonnikov
- Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər