Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
Bu barədə BUTA.TV-a FHN-dən bildirilib.
FHN-in qüvvələri bu vaxtadək Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ, 774 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
- Putin Ukraynaya bir anda nüvə zərbəsi endirə bilər - Blumberq
- Almaniya 80 il sonra yenidən qayıdır: Qlobal mərkəzə çevrilir!
- Avropa birinciliyində 15 medal qazanmış atletlərimiz Vətəndə - Fotolar
- Putin "B planı"nı işə saldı: Avropaya hücum...
- Tarixi ada satışa çıxarıldı - Fotolar
- Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi - Video
- Ərdoğan Pakistanın yanında polad divar kimi dayanıb - Şərif
- Yaponiyada güclü zəlzələ oldu