Fevralın 20-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə arabir qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
- Tarixi ada satışa çıxarıldı - Fotolar
- Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi - Video
- Ərdoğan Pakistanın yanında polad divar kimi dayanıb - Şərif
- Yaponiyada güclü zəlzələ oldu
- Pentaqon Əfqanıstanla bağlı məxfi sənədlər aşkarladı
- Trampdan növbəti İran açıqlaması: Nə olacaqsa, olacaq...
- Kirovoqradda güclü partlayış baş verdi
- “Fənərbaxça” 18 ildən sonra ÇL-ə vəsiqə qazandı