MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçi, tanınmış zərdabişünas alim Esmira Cavadova ilə görüşüb.
Kult.az xəbər verir ki, millət vəkili onu 80 illik yubileyi münasibəti ilə təbrik edib.
Milli Məclisdə baş tutan görüşdə Q.Paşayeva Esmira xanımın mənalı həyat yolundan danışıb, etnoqrafiya və etimologiya üzrə araşdırmalarından minnətdarlıqla söz açıb.
Q.Paşayeva yubilyara Komitə adından Qarabağ motivli xatirə hədiyyələri və Təbrik məktubu təqdim edib.
Görüşdə millət vəkilləri Jalə Əliyeva və Razi Nurullayev də iştirak edib.
- Tarixi ada satışa çıxarıldı - Fotolar
- Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi - Video
- Ərdoğan Pakistanın yanında polad divar kimi dayanıb - Şərif
- Yaponiyada güclü zəlzələ oldu
- Pentaqon Əfqanıstanla bağlı məxfi sənədlər aşkarladı
- Trampdan növbəti İran açıqlaması: Nə olacaqsa, olacaq...
- Kirovoqradda güclü partlayış baş verdi
- “Fənərbaxça” 18 ildən sonra ÇL-ə vəsiqə qazandı