Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı, həmçinin ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün coğrafiya və informatika fənləri üzrə sınaq imtahanı keçirilib.
Bu barədə BUTA.TV-a DİM-dən məlumat verilib.
Magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 72 binada təşkil olunub. İmtahanın idarə olunmasına 72 ümumi rəhbər, 202 imtahan rəhbəri, 1684 nəzarətçi-müəllim, 169 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.
Məlumat üçün qeyd edək ki, imtahanda iştirak üçün 18 724 bakalavr ərizə təqdim edib.
İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Fevralın 20-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.
Bu gün, həmçinin ali təhsil müəssisələrinə qəbul üzrə sınaq imtahanında I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu üzrə isə DT və TC altqruplarının hər ikisini seçmiş abituriyentlər müvafiq olaraq informatika və coğrafiyadan imtahan veriblər. Bu imtahanın nəticəsi fevralın 12-də keçirilən sınaq imtahanının nəticələri ilə bir yerdə – 1 həftə ərzində elan olunacaq.
- Bakıda "qırmızı"da keçən sürücü qəza törətdi - Anbaan video
- Temperatur 18 dərəcəyə yüksələcək
- DTX Mehdiyevin evində nələr tapdı? - Şok video
- "Mehdiyev işi": Kərimli hakimiyyətə gəlsəydi...
- DTX Mehdiyevin xarici kəşfiyyatla danışığını yaydı - Şok video
- DTX Mehdiyev cinayəti haqda məlumat yaydı: Kimlərin adı var?
- Onların müavinəti tam şəkildə ödəniləcək
- "Pub"dan əxlaqsız video yayanlar həbs edildi