Bu dəqiqələrdə Rusiya sülhməramlılarına aid səkkiz avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən maneəsiz keçiblər.
BUTA.TV xəbər verir ki, Laçından gələn 5-i yük, 3-ü isə minik avtomobili olmaqla, 8 nəqliyyat vasitəsi Xankəndiyə doğru hərəkət edib. Bir minik avtomobili isə əks tərəfə maneəsiz keçib.
Həmişə olduğu kimi, bu gün – ekoaksiyanın 70-ci günündə də sülhməramlıların nəqliyyat vasitələrinin heç bir maneə olmadan ərazidən sərbəst keçməsi bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Qeyd edək ki, bu gün hazırkı vaxtadək sülhməramlıların 54 avtomobili aksiyanın təşkil olunduğu ərazidən sərbəst keçib.
- Toydan 13 yaşlı qızı qaçırdı: 8 il sonra həbs olundu...
- General bu vəzifəyə gətirilə bilər - Foto
- Onlar da avroya keçir
- Bakıda qəza: işıq dirəyi maşının salonuna girdi - Foto
- Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
- AZAL-dan Naxçıvan reysləri ilə bağlı məlumat
- Şabranda itkin düşən kişinin meyiti göldə tapıldı
- Türkiyədə 800 minlik saxta evlilik - Azərbaycanlı qadın həbs edildi - Video