Paşinyan üçtərəfli formatdan niyə qaçır?

11:06 - 20 Fevral 2023 - GÜNDƏM

 Paşinyan üçtərəfli formatdan niyə qaçır?

Münhendə keçirilən tədbirin təşkilatçıları və moderatorları Cənubi Qafqaz ölkələrinin hər üç liderinin iştirakı ilə müzakirə paneli təşkil edib, açıq şəkildə fikir ortaya qoydular. Aparıcı Qərb dövlətlərinin maraqları üçün region ölkələrini vahid formatda görmək daha məqsədəuyğundur. Təbii ki, həm Bakı, həm də Tiflis bu ideyanı dəstəkləyir.

BUTA.TV xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

“Ermənistan isə bu formatdan yayınır. Çünki İrəvan bu formatı qəbul edəcəyi təqdirdə ərazi bütövlüyünün tanınmasına və bir-birinin daxili işlərinə qarışmamağa əsaslanan dəqiq tənzimləmə normalarına malik Bakı-Tiflis tandeminə qoşulmağa məcbur olacağını anlayır. Bu formata tam qoşulacağı təqdirdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiq etməli, ölkəmizdəki erməni azlığının işlərinə qarışmaq cəhdlərindən əl çəkməlidir. Məsələn, rəsmi İrəvan Gürcüstan ermənilərinin hüquqları ilə bağlı Tiflisə heç bir tələb irəli sürmür. İrəvanın Bakı ilə bu formata hazır olmadığı tamamilə göz qabağındadır”, - o bildirib.

Politoloq qeyd edib ki, yanvarda Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan və Gürcüstan liderləri Cənubi Qafqazda üçtərəfli dialoq formatı yaratmaq istəklərini təsdiqləyib:

“Eyni zamanda rəsmi İrəvanın bundan yayındığı da qeyd olunub. İndi Münhendəki proseslərdən də aydın oldu ki, yaxın gələcəkdə belə bir formatın meydana çıxacağını gözləmək hələ tezdir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol