İşğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə dəstək məqsədilə SOCAR Petroleum QSC Laçın şəhərində "SOCAR" brendli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verib.
BUTA.TV xəbər verir bu ki, bu barədə “SOCAR Petroleum” məlumat yayıb.
Bildirilir ki, modul tipli YDS Laçın-Şuşa yolundan istifadə edən avtonəqliyyat vasitələri üçün nəzərdə tutulub. Aİ-92 markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışının həyata keçiriləcəyi stansiyada 2 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 2 kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün müvafiq şərait yaradılıb.
“SOCAR Petroleum"un məlumatına görə, eyni zamanda, son dövrlər ölkəmizdə elektrik mühərrikli avtomobillərə olan marağın sürətlə artmasını nəzərə alaraq, Laçında istifadəyə verilən modul tipli YDS-də elektromobillərin şarj olunması üçün avadanlıqların quraşdırılmasına start verilib.
Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - Foto - Yenilənib
Hazırda Şuşa şəhəri, Ağdam, Qubadlı (Eyvazlı kəndi) və Xocavənd (Hadrut qəsəbəsi) rayonlarında SOCAR brendli YDS-lər fəaliyyət göstərir. Laçın şəhərində fəaliyyətə başlayan YDS isə Şərqi Zəngəzur iqtisadi rayonunda istifadəyə verilən SOCAR brendli ikinci stansiyasıdır. Bununla da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında SOCAR brendli YDS-lərinin sayı 5-ə, ümumilikdə isə ölkə ərazisində 45-ə çatdırılıb.
- Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi - Video
- Ərdoğan Pakistanın yanında polad divar kimi dayanıb - Şərif
- Yaponiyada güclü zəlzələ oldu
- Pentaqon Əfqanıstanla bağlı məxfi sənədlər aşkarladı
- Trampdan növbəti İran açıqlaması: Nə olacaqsa, olacaq...
- Kirovoqradda güclü partlayış baş verdi
- “Fənərbaxça” 18 ildən sonra ÇL-ə vəsiqə qazandı
- Qətər baş naziri İrana səfər edəcək