AB-nin monitorinq missiyasına alman polisi və fransız jandarmlarının daxil olması onların Ermənistana Rusiya və İran qoşunlarının hərəkətini izləmək üçün gəldiyini deməyə əsas verir. Almaniya və Fransa polislərinin silahlı olub-olmamasının fərqi yoxdur, onlar əldə etdikləri məlumatları toplamaq və təhlil etmək üçün peşəkar bacarıqlarını tətbiq edə biləcəklər.
BUTA.TV Caliber.az-a istinadla xəbər verir ki, bunu erməni politoloqu Benyamin Matevosyan deyib.
“Gəlin, obyektiv olaq. Hazırkı missiyanın tərkibinə nəzər salsaq görərik ki, bura qoşunların hərəkətini və məlumatlarını təhlil etmək qabiliyyətinə malik peşəkar müşahidəçilər daxildir. Silahla və ya silahsız gəlmələrindən asılı olmayaraq, onlar konkret olaraq rus qoşunlarının hərəkətini izləməklə məşğul olacaqlar. Beynəlxalq münasibətlərdəki mövcud vəziyyəti nəzərə alsaq və bir neçə il əvvəl Ermənistan-İran sərhədinin nə vaxtsa bağlanacağı ilə əlaqədar verilən bəyanatlara baxsaq, missiyanın İrana nəzarət etmək üçün bura gəldiyini də güman etmək məntiqlidir”, - o bildirib.
50 silahlı müşahidəçinin hansı hallarda və kimə qarşı silahdan istifadə edəcəyi ilə bağlı sualı cavablandıran politoloq xatırladıb ki, avropalı müşahidəçilərin Ermənistanda işlədiyi müddətdə ötən ilin payızında Ermənistan-Azərbaycan sərhədində ondan artıq insident qeydə alınıb:
“Lakin heç vaxt silahdan istifadəyə ehtiyac olmayıb. Silahların hansı hallarda istifadə olunacağı ilə bağlı qorxu və ya şübhə yalnız Rusiya və İran ordusunun monitorinqinin məntiqi işığında nəzərdən keçirilməlidir. AB-nin müşahidə missiyasının və Rusiyanın sülhməramlı missiyasının müddətinin 2 ildən sonra başa çatması çox vacibdir. Növbəti iki il 2018-2020-ci illərin təkrarı ola bilər, yəni sərhəddə nisbətən sakitlik mümkündür. Onlar deyəcəklər ki, görürsünüz, avropalı müşahidəçilər gəlib, sülh gətirdilər, Qarabağda sülhməramlılara daha ehtiyacımız yoxdur. Və Ermənistana da rus qoşunları lazım deyil, onlardan da imtina edək. Bununla yanaşı, ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarlığının Xankəndidə nümayəndəliyi də açıla bilər.
Ermənistan təhlükəsizliyinin ən vacib komponentlərindən biri - Rusiya hərbi mövcudluğu aradan qaldırılsa, İrəvan 2020-ci ilin təkrarını yaşaya bilər. Ümid edirəm ki, mənim məntiqim aydındır”.
- Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - MN
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video