Fevralın 20-si saat 18 radələrində Samux rayonunun Çobanabdallı kəndi ərazisində 1989-cu il təvəllüdlü (34 yaşlı - red.) Oqtay Əliyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan BUTA.TV-a bildirilib ki, araşdırma zamanı zərərçəkmişin üz nahiyəsinə 1993-cü il təvəllüdlü Ramil Bəşirovun yumruqla vurması nəticəsində yıxılması və hadisə yerində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Ramil Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq tədbirləri davam etdirilir.
- Başçının sabiq birinci müavini niyə döyülüb?
- Bakıda bu yol tam bağlanır
- Leyla Əliyeva analoqu olmayan xalçanın kəsim mərasimində...
- Bakıda qadın zərgərlik mağazasını belə soydu - Anbaan video
- Birbank debet kartları arasında köçürmələr limitsizdir
- Müdafiə Nazirliyi gənc əsgərlərin yaxınlarına müraciət etdi
- Mehdiyevin Rusiyaya zəng edərək danışdığı qadının kimliyi məlum oldu
- Prezidentin ali xüsusi rütbə verdiyi Orxan Nəzərli kimdir?