Məhsa Əmininin İranın əxlaq polisi tərəfindən öldürülməsindən sonra ölkədə başlanan etiraz aksiyaları hakimiyyətin repressiyaları ilə üzləşdi. Bununla eyni vaxtda ölkədə inflyasiya səviyyəsi də kəskin artmağa başladı.
BUTA.TV xəbər verir ki, bunu Sulduz Əfşarbetgi deyib.
Onun sözlərinə görə, əhalinin iqtisadi durumu olduqca acınacaqlıdır və onlar sadəcə başlarını dolandırmağa çalışırlar:
“Xoyda baş verən zəlzələnin milli fəalları məşğul etdiyi bir vaxtda xaricdə olan İran müxalifətinin güclənməsinə şahid olduq. Son günlər şahçılar, mücahidlər və başqa xalqların Vaşinqton, Münhen və Brüsseldə etiraz aksiyaları keçirmələrini müşahidə etdik. Bununla yanaşı, Güney azərbaycanlıların “Azadlıq, ədalət, milli hökumət” şüarının Xalq Mücahidləri Təşkilatı tərəfindən mənimsənilməsini gördük. Fevralın 20-də Brüsseldə ərəb və kürd xalqlarının geniş nümayiş keçirmələrinə baxmayaraq, güneylilərin burada gözə dəyməmələri təəccüb doğurur”.
Sulduz Əfşarbeygi xaricdə yaşayan güneylilərin hazırkı həssas mərhələdə bu qədər passiv və səssiz qalmalarından təəssüfləndiyini deyib:
“Xaricdəki güneylilər niyə belə durumdadırlar? Beynəlxalq Ana dili Günü ilə bağlı nələr etdilər? Onlar niyə bu qədər səssizdirlər, onların partiyaları nə işlə məşğuldur?”
Əfşarbeygi Güney Azərbaycan Parlamentinin fəaliyyəti ilə bağlı da narazılığını ifadə edib:
“Güney Azərbaycan Parlamenti haradadır? Qurucu heyət nə iş görür? Xaricdə olan siyasi fəallar nə zaman bu məclisi təşkil edəcəklər? Görünən odur ki, içəridəki fəallar yoxsulluqla çarpışdıqları bir vaxtda xaricdəki fəallar yatıblar və şirin yuxular görməkdədirlər. Bu gün onlar “Azadlıq, ədalət, milli hökumət” şüarının məşəlinin sönməsinə icazə verməməlidirlər. İranda yaşayan xalqların milli hərəkatları içərisində Güney Azərbaycan hərəkatı ön sıralarda olmalıdır. Güney Azərbaycanı xəbər və media boykotundan çıxarmaq lazımdır. Azərbaycan öz gücünü xaricdə ortaya qoymalıdır. Şahçılar, mücahidlər və panfarsist cərəyanlar bizim gücümüzü yaxından hiss etməlidirlər. Azərbaycanlı fəalları 24 saat yayımlanan professional bir televizya qurmaq fukrində olmalıdırlar. Kimsə bizə azadlığı və bağımsızlığı hədiyyə etməyəcək. Bunu biz özümüz əldə etməliyik. Bu gün içərinin gözü xaricdə olan fəallara dikilib”.
- Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - MN
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video