Bosniya və Herseqovinanın Sarayevo şəhərində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədər beynəlxalq konfrans keçiriləcək.
BUTA.TV xəbər verir ki, fevralın 23-də baş tutacaq tədbirdə Azərbaycan, eləcə də Bosniya və Herseqovinadan olan millət vəkilləri, dövlət rəsmiləri, diplomatik korpusun, QHT və KİV-lərin, gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
Beynəlxalq konfransda bir daha Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılacaq, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş bu qətliam barədə məlumat veriləcək, faciəni əks etdirən sənədlər təqdim olunacaq.
Konfransdan sonra Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı surətdə təmir edilmiş “Dostluq parkı”nda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunacaq, abidə önünə əklil qoyularaq, faciə qurbanlarının xatirəsi yad ediləcək.
- Aygün Kazımovanın nə qədər vergi borcu var?
- Dini məsələlərlə bağlı çağrı mərkəzi yaradıldı
- Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
- YAP Ramiz Mehdiyevə görə iclas keçirəcək
- Bakıda müəlliməni avtomobillə vuran şəxsə hökm oxundu
- Kamran Əsədovun məhkəməsi keçirildi
- ADY: Ötən il dəmir yollarında 123 təcili tormozlama qeydə alınıb
- ADSEA daha bir kəndi içməli su ilə təmin etdi - Foto