Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 7 avtomobil yenidən Laçın yolundan keçib.
BUTA.TV xəbər verir ki, BQXK-ya məxsus 6 minik, bir yük maşınının Laçın istiqamətinə maneəsiz keçməsi üçün şərait yaradılıb.
Xatırladaq ki, səhər saatlarında avtomobil karvanı Laçından Xankəndi istiqamətində hərəkət etmişdilər.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.
Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 72 gündür davam edir.
- Aygün Kazımovanın nə qədər vergi borcu var?
- Dini məsələlərlə bağlı çağrı mərkəzi yaradıldı
- Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
- YAP Ramiz Mehdiyevə görə iclas keçirəcək
- Bakıda müəlliməni avtomobillə vuran şəxsə hökm oxundu
- Kamran Əsədovun məhkəməsi keçirildi
- ADY: Ötən il dəmir yollarında 123 təcili tormozlama qeydə alınıb
- ADSEA daha bir kəndi içməli su ilə təmin etdi - Foto