ABŞ və Azərbaycan 2024-cü ildə Bolqarıstanın qaz tələbatını, demək olar ki, tamamilə qarşılayacaq.
BUTA.TV-ın Trend-ə istinadən məlumatına görə, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken Yunanıstanın xarici işlər naziri Nikos Dendiasla görüşündə deyib.
Onun sözlərinə görə, yenicə inşa edilmiş Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) Bolqarıstanın qaz nəqlini diversifikasiyalaşdırmasına və Rusiya qazından tam imtina etməsinə imkan yaradacaq.
"Gələn il Bolqarıstan bu interkonnektor sayəsində özünün daxili qaz tələbatının təqribən 100 faizini Azərbaycan və ABŞ-dan nəql edilən qaz hesabına qarşılayacaq", - Blinken deyib.
Qeyd edək ki, IGB 1 oktyabr 2022-ci il tarixindən fəaliyyətə başlayıb. Hazırkı istilik mövsümünün əvvəlindən IGB Bolqarıstanda təbii qaz ehtiyacının təqribən üçdə birini təmin etməkdədir. Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.
- Aygün Kazımovanın nə qədər vergi borcu var?
- Dini məsələlərlə bağlı çağrı mərkəzi yaradıldı
- Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
- YAP Ramiz Mehdiyevə görə iclas keçirəcək
- Bakıda müəlliməni avtomobillə vuran şəxsə hökm oxundu
- Kamran Əsədovun məhkəməsi keçirildi
- ADY: Ötən il dəmir yollarında 123 təcili tormozlama qeydə alınıb
- ADSEA daha bir kəndi içməli su ilə təmin etdi - Foto