Ukraynada müharibə gedən ərazilərdə yaxın üç gün ərzində vəziyyət kardinal şəkildə dəyişəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç Əbu-Dabidə keçirilən IDEX 2023 beynəlxalq hərbi texnika və silah sərgisi çərçivəsində bildirib.
“Rusiya Prezidenti Putinin bugünkü bəyanatlarından aydın olur ki, o, Ukraynada çox gərgin mübarizə aparmağa davam edəcək və bu mövqe, başqa sözlə, münaqişənin gərginləşməsi Serbiyanın vəziyyətini həm siyasi, həm hərbi, həm də bütün digər aspektlərdə daha da çətinləşdirəcək”, - Vuçiç deyib.
O qeyd edib ki, gözləntisi budur və bir, iki və ya 3 gün ərzində döyüş meydanında mühüm dəyişiklik və Qərbdən Serbiyaya qarşı siyasi hərəkətlərdə ciddi dəyişikliklər gözləyir.
O, həmçinin vurğulayıb ki, Ukraynadakı münaqişə yaxın gələcəkdə daha da genişlənəcək və nəzarətdən çıxacaq.
- Aygün Kazımovanın nə qədər vergi borcu var?
- Dini məsələlərlə bağlı çağrı mərkəzi yaradıldı
- Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
- YAP Ramiz Mehdiyevə görə iclas keçirəcək
- Bakıda müəlliməni avtomobillə vuran şəxsə hökm oxundu
- Kamran Əsədovun məhkəməsi keçirildi
- ADY: Ötən il dəmir yollarında 123 təcili tormozlama qeydə alınıb
- ADSEA daha bir kəndi içməli su ilə təmin etdi - Foto